Laşa Xutsişvili Sebastian Molineus ilə görüşdə Dünya Bankının dəstəyi ilə Gürcüstanda həyata keçirilən cari və gələcək layihələrdən danışıb
Laşa Xutsişvili Sebastian Molineus ilə görüşdə Dünya Bankının dəstəyi ilə Gürcüstanda həyata keçirilən cari və gələcək layihələrdən danışıb

 
Maliyyə naziri Laşa Xutsişvili Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və Dünya Bankının Cənubi Qafqaz üzrə proqramlarının yeni rəhbəri Miqel Eduardo Sançez Martin ilə görüşüb. İşgüzar görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze də iştirak edib.

Maliyyə Nazirliyinin Mətbuat Xidməti tərəfindən verilən məlumatda, tərəflərin Dünya Bankının dəstəyilə ölkədəki cari və gələcək layihələrə nəzər saldıqları deyilir.

İdarədən verilən məlumatda, maliyyə nazirinin Dünya Bankının regional direktoru Sebastian Molineusa Dünya Bankı tərəfindən göstərilən mühüm yardıma, eləcə də Dünya Bankının ölkəyə cari islahatların həyata keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdiyi qeyd olunub.

“Qeyd etmək lazımdır ki, bu il bankla əməkdaşlığın 30 ili tamam olur. Maliyyə naziri və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru bu əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladılar.

Dünya Bankı ilə 30 illik əməkdaşlıq dövründə bankın ölkəmizdə həyata keçirdiyi 100-dən çox layihəyə təxminən 4,3 milyard ABŞ dolları sərmayə qoyulub” – deyə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.