Laşa Xutsişvili - ötən həftə yanacağın qiyməti təxminən 10 tetri azalıb, avqustun sonuna kimi qiymətə ucuzlaşma istiqamətində yenidən düzəlişlərin edilməsi mümkündür
Ötən həftə yanacağın qiyməti təxminən 10 tetri azalıb, avqustun sonuna kimi qiymətə ucuzlaşma istiqamətində yenidən düzəlişlərin edilməsi mümkündür – bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili hökumət iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.
O, yanacağın qiymətinə düzəlişin edilməsinin beynəlxalq bazarda neftin qiymətindən asılı olduğunu və bunun ucuzlaşma tendensiyası ilə xarakterizə olunduğunu bildirib.
“Yanacağın qiymətləri ilə əlaqədar sektorla görüşümüz oldu. Beynəlxalq bazarda mövcud tendensiyaları müzakirə etdik. Bildiyiniz üzrə, ötən həftə qiymət istiqamətində təxminən 10 tetri düzəliş edildi. Sözügedən düzəlişin avqustun sonunadək ediləcəyinə dair gözlənti var. Təbii ki, bu, son həftələr ərzində 90-95 dollar civarında dəyişən ucuzlaşma tendensiyası ilə xarakterizə olunan beynəlxalq neft qiymətlərindən asılıdır. Təbii ki, avqustun sonuna kimi qiymətə ucuzlaşma istiqamətində yenidən düzəlişlərin edilməsinin mümkünlüyü barədə bizim mövcud güman və gözləntilərimiz bu tendensiyaya əsaslanır ” – deyə Laşa Xutsişvili bildirib.