Laşa Xutsişvili - misli görünməmiş artımdan danışarkən, rəqəmlərə nəzər salmalıyıq, əgər pandemiyadan əvvəlki dövrlə müqayisə etsək, Rusiya vətəndaşlarının sayı nəinki artıb, əksinə yarıya enib
Laşa Xutsişvili - misli görünməmiş artımdan danışarkən, rəqəmlərə nəzər salmalıyıq, əgər pandemiyadan əvvəlki dövrlə müqayisə etsək, Rusiya vətəndaşlarının sayı nəinki artıb, əksinə yarıya enib

 

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili, pandemiyadan əvvəl Gürcüstana indikindən daha çox Rusiya vətəndaşının daxil olduğunu bildirib. Bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili hökumət iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.

Nazir , bu istiqamətdə səslənən qorxuların tamamilə anlaşılmaz olduğunu bildirib.

“İlk növbədə, misli görünməmiş artımdan danışarkən, rəqəmlərə nəzər salmalıyıq. Rəqəmlərə nəzər salsaq, bunu təbii olaraq müqayisə oluna bilən dövrlə müqayisə etməliyik. Bunu sərhədlərin bağlı olduğu və sərhəd-keçid məntəqələrinin praktiki olaraq işlək olmadığı pandemiya dövrü ilə müqayisə etmək olmaz. Gediş-gəlişlə bağlı müəyyən ləngimələrin olduğu dövrlə müqayisə etmək olmaz. Biz pandemiyadan əvvəlki dövrlə müqayisə etməliyik və bu rəqəmləri müqayisə etsək, görərik ki, o artmayıb, əksinə yarıya enib. Müvafiq olaraq, bu istiqamətdə səslənən qorxular tamamilə anlaşılmazdır. Bu məlumat açıqdır, əlçatandır və bundan irəli gələrək, istənilən şəxsin məlumata çıxışı ola bilər və təhlil edə bilər. Bu istiqamətdə ölkədə hər hansı bir problem olduğuna dair risklər görmürük” – deyə Laşa Xutsişvili bildirib.