Laşa Xutsişvili - inflyasiya bütün dünyada Covid-19-un bərabərində gətirdiyi mənfi iqtisadi təsirlərdən biridir
Laşa Xutsişvili - inflyasiya bütün dünyada Covid-19-un bərabərində gətirdiyi mənfi iqtisadi təsirlərdən biridir

 

İnflyasiya birinci rübün sonunda azalmağa başlayacaq və ilin sonunda o, qarşıya qoyulan hədəfdən uzaq olmayacaq-bu barədə maliyyə naziri Laşa Xutsişvili hökumətin iclasından sonra keçirilən brifinqdə dbildirib.

Onun sözlərinə görə, Gürcüstanın ticarət tərəfdaşı olan ölkələrdə də inflyasiyanın tarixi maksimumu müşahidə olunur.

” Biz inflyasiyanın dünyada baş verən tendensiyalardan heç bir fərqi olmadığını görürük. Bu gün həqiqətən, dünyada Covid 19-a yoluxma hallarının sayının artması fonunda ölkəmizin Covid 19-a yönəlik təcrid oluna bilməməsi kimi, eynilə, inflyasiyanın koronavirusu müşayiət edən mənfi iqtisadi təsirlərdən biri olduğunu nəzərə alsaq, Gürcüstanın da inflyasiya üçün istisna ola bilməyəcəyini deyə bilərik. Biz ticarət tərəfdaşlarımızda və dünyada da inflyasiyanın tarixi maksimumunu görürük. Ona görə də fiskal sahədə atılan addımlar , həmçinin Milli Bank tərəfindən pul siyasətinin sərtləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, bu proseslərin uzunmüddətli inflyasiyaya proseslərinə çevrilməyəcəyinə zəmanət verir və bizim qiymətləndirməmizə görə, inflyasiya birinci rübün sonunda azalmağa başlayacaq və ilin sonunda qarşıya qoyulan hədəfdən çox da uzaq olmayacaq” – deyə maliyyə naziri Laşa Xutsişvili bildirib.