Laşa Xutsişvili - Gömrük məlumatlarının informasiya sisteminin tam modernləşdirilməsi Gəlirlər Xidmətinin ən mühüm prioritetlərindən biridir
Gömrük məlumatlarının informasiya sisteminin tam modernləşdirilməsi Gəlirlər Xidmətinin ən mühüm prioritetlərindən biridir, – Beynəlxalq Gömrük Günü ilə bağlı tədbirdə çıxış edən maliyyə naziri Laşa Xutişvili bildirib.
Xutsişvili ABŞ hökumətinə bu istiqamətdə göstərdiyi köməyə görə təşəkkür edib. O bildirib ki, bu gün imzalanan əməkdaşlıq memorandumu bilavasitə bugünkü tədbirin şüarına – gömrük işinin tam rəqəmsal transformasiyasına cavab verir.
“Biz bu mühüm layihədə ABŞ hökumətinə və Amerika xalqına verdiyi dəstəyə görə minnətdarıq. Ümid edirik ki, memorandum gömrük sahəsində “sıfır bəyannamə prinsipi”nin tətbiqini təmin etmək üçün yaxşı fürsət olacaq”, – deyə maliyyə naziri bildirib.
Bu gün maliyyə naziri Laşa Xutişvili və ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ABŞ Dövlət Departamenti ilə ABŞ Maliyyə Departamenti arasında İnformasiya Texnologiyaları Platformasının modernləşdirilməsinə əməkdaşlıq və dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar. Layihənin məqsədi Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin informasiya texnologiyaları platformasının tam müasirləşdirilməsidir.