Laşa Xutsişvili Dünya Bankının təhsil bölməsinin rəhbəri ilə görüşüb
Laşa Xutsişvili Dünya Bankının təhsil bölməsinin rəhbəri ilə görüşüb

 

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili insan kapitalı proqramının rəsmi olaraq başladılması ilə əlaqədar Gürcüstana gələn Dünya Bankının təhsil bölməsinin rəhbəri Rita Almeyda ilə görüşüb.

Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun, maliyyə nazirinin müavini Yekaterine Quntsadze və Dünya Bankının digər nümayəndələrinin də iştirak etdiyi deyilir.

Tərəflər səhiyyə, təhsil və sosial müdafiə sektorlarının gücləndirilməsi üçün insan kapitalı proqramının başladılmasının vacibliyini vurğulayıblar.

Maliyyə naziri bildirib ki, son onillikdə ölkədə bu sektorlarda əsaslı islahatlar aparılıb, lakin insan kapitalının ölkənin inkişafı və rifahının hərəkətverici qüvvəsi olması üçün əlavə transformasiya dəyişikliklərinə ehtiyac var.

O, bu mühüm islahatın həyata keçirilməsi prosesində göstərdiyi dəstəyə görə Dünya Bankına təşəkkürünü bildirib.

Öz növbəsində Dünya Bankının nümayəndələri birgə səylərlə insan kapitalı proqramının uğurla həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.