Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun texniki yardım missiyasının üzvləri ilə görüşüb
Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun texniki yardım missiyasının üzvləri ilə görüşüb

 

Maliyyə Nazirliyində, maliyyə naziri Laşa Xutsişvili, Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava və Beynəlxalq Valyuta Fondunun texniki yardım missiyasının üzvlərinin iştirak etdiyi virtual formatda keçirilən görüşdə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində vergi inzibatçılığının gücləndirilməsi və islahatların aparılması məsələləri müzakirə edilib.

” Məlum olduğu kimi, Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində 2021-ci ildə vergi inzibatçılığının gücləndirilməsi və islahatlar layihəsi başa çatıb, layihə qurumda 2017-ci ildən aparılırdı. Tərəflər bəhsi keçən proqram çərçivəsində Gəlirlər Xidmətinin əldə etdiyi irəliləyişləri, o cümlədən beynəlxalq təcrübəyə uyğun vergi uçotu sisteminin tətbiqi, ƏDV-nin avtomatik geri qaytarılması və s. kimi islahatları vurğulayıblar” – deyə Maliyyə Nazirliyindən bildirilib.

Qurumdan verilən məlumata görə, görüşdə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin fəaliyyətini davam etdirdiyi və beynəlxalq təcrübənin paylaşılmasının zəruri olduğu sahələr nəzərdən keçirilib. Tərəflər yaxın gələcəkdə vergi inzibatçılığının gücləndirilməsi və yeni islahatların gündəliyinə əsaslanacaq yeni uzunmüddətli əməkdaşlıq proqramının baş tutacağına ümidvar olduqlarını bildiriblər.