Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun direktor müavini ilə görüşdü
Gürcüstan Maliyyə naziri, Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun direktor müavini, Bo Li ilə görüşdü
Maliyyə Nazirliyinin məlumatına görə, Laşa Xutişvili BVF-nin idarəedici direktorunun müavininə Fondun Gürcüstanın islahatlar gündəliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
İdarənin məlumatına görə, görüşdə tərəflər ölkənin fiskal və monetar siyasəti məsələlərini müzakirə etdilər.