Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondu tərəfindən təşkil edilmiş diskussiyada iştirak edib
Maliyyə naziri Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru, Kristalina Qeorqiyevanın açılışını etdiyi Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının idarəedicilərinin virtual formatda keçirilən diskussiyasında iştirak edib.
Maliyyə Nazirliyinin verdiyi məlumata görə, BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurinin moderatorluğu ilə keçirilən diskussiya Ukraynadakı müharibəyə, Rusiyaya qarşı beynəlxalq sanksiyalara və yaranmış vəziyyətin Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına təsiri müzakirə edilib. Yüksək səviyyəli diskussiyada həmçinin Milli Bankın prezidenti Koba Qvenetadze də iştirak edib.
Maliyyə naziri öz çıxışında Gürcüstanın Ukraynaya və Ukrayna xalqına tam dəstəyini bir daha vurğulayıb. Gürcüstanın Ukraynaya dəstəyi və beynəlxalq sanksiyaların icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Hərbi əməliyyatlarının təsirindən danışan maliyyə naziri qeyd edib ki, müxtəlif ssenarilər nəzərdən keçirilir, lakin bu çağırışlara baxmayaraq, Gürcüstan islahat gündəmini davam etdirəcək. Nazir xüsusilə BVF ilə yeni üçillik proqramın işə salınmasının vacibliyini vurğulayaraq, bunun ölkənin makroiqtisadi sabitliyinin qorunmasına kömək edəcəyini qeyd edib.