Laşa Xutsişvili - beynəlxalq bazarlardakı əlverişsiz vəziyyət səkkiz aylıq iqtisadi artıma mənfi təsir göstərdi, hesab edirəm ki, bu şərtlər fonunda 7 faizlik artım olduqca yaxşı nəticədir
Laşa Xutsişvili - beynəlxalq bazarlardakı əlverişsiz vəziyyət səkkiz aylıq iqtisadi artıma mənfi təsir göstərdi, hesab edirəm ki, bu şərtlər fonunda 7 faizlik artım olduqca yaxşı nəticədir

 
Əsas ixrac məhsullarımızla bağlı hazırda beynəlxalq bazarlarda çox əlverişsiz vəziyyət qeydə alınır, bu, son 8 ayda iqtisadi artıma mənfi təsir göstərib -bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili danışıb.

O, bu şərtlər fonunda 7%-lik artımın olduqca yaxşı nəticə olduğunu söyləyib.

“Biz cari ildə ilkin olaraq 5% olan iqtisadi artım proqnozunu dəqiqləşdirdik və bunun mühafizəkar yanaşma olduğunu dərhal bildirdik. Əsas ixrac məhsullarımızla bağlı hazırda beynəlxalq bazarlarda çox əlverişsiz vəziyyət qeydə alınır. Bu, əldə etdiyimiz 8 aylıq iqtisadi artıma mənfi təsir göstərdi. Hesab edirəm ki, bu şəraitdə 7 faizlik artım olduqca yaxşı nəticədir. Gözləntilərimizə görə, beynəlxalq bazarlarda vəziyyət yaxşılaşacaq və iqtisadi artımın aparıcı amillərindən biri olan həmin məhsulların ixracı bərpa olunacaq. Təbii ki, belə olan halda, iqtisadi artımın proqnozu artım istiqamətində yenidən nəzərdən keçiriləcək və il ərzində düzəlişlər ediləcək”- Xutsişvili açıqlayıb.