Laşa Xutsişvili Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Baş Direktorluğunun rəhbərinin müavini ilə görüşüb
Laşa Xutsişvili Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Baş Direktorluğunun rəhbərinin müavini ilə görüşüb

 

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik görüşü formatında maliyyə naziri Laşa Xutsişvili Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Baş Direktorluğunun rəhbərinin müavini Katerina Maternova ilə görüşüb.

Görüşdə Gürcüstan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə, eləcə də Avropa Komissiyasının Aİ üzvlüyünə namizəd ölkə statusu almaq üçün Gürcüstana verdiyi 12 şərtin yerinə yetirilməsi və bu kontekstdə islahatların aparılması baxımdan mövcud vəziyyətə toxunulub.

Maliyyə naziri ölkənin makroiqtisadi və fiskal sabitliyinin qorunması məqsədilə hökumət tərəfindən atılan addımlar, eləcə də beynəlxalq sanksiyaların yerinə yetirilməsi prosesi barədə Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Baş Direktorluğunun rəhbərinin müavininə məlumat verib.

Laşa Xutsişvili Avropa İttifaqı tərəfindən Gürcüstanın müxtəlif sektorlarına verilmiş dəstəyi vurğulayıb və bu tərəfdaşlığın gələcəkdə də aktiv şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqı ilə enerji əlaqələrinin gücləndirilməsinin və bu baxımdan Qara dəniz elektrik sualtı kabelinin çəkilməsinin vacibliyinə diqqət yetirilib.

İclasda nazir müavinləri: Qiorqi Kakauridze, Ekaterine Quntsadze, Mirza Qelaşvili və Milli Bankın prezidenti vəzifəsini icra edən Arçil Mestvirişvili iştirak ediblər.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.