Laşa Xutsişvili Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşdü
Avropa İnvestisiya Bankı (AİB) ilə Gürcüstan arasında əməkdaşlıq məsələlərini Gürcüstanın Maliyyə naziri, Laşa Xutişvili və AİB-in vitse-prezidenti, Tereza Çervinskaya Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qrupunun illik yaz toplantısı çərçivəsində müzakirə etdilər, – məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayır.
İdarənin məlumatına görə, Görüşdə Avropa İnvestisiya Bankı tərəfindən ölkə üçün prioritet istiqamətlərin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrin gedişi ilə bağlı müzakirələr aparıdı.
“Qeyd olunasıdır ki, AİB Gürcüstanın infrastrukturunun inkişafı prosesində ölkənin ən böyük partnyorlarından və investorlarından biridir. AİB-in özək sektorun gücləndirilməsi baxımından qoşulması xüsusilə qeyd olundu.
Görüşdə Maliyyə nazirinin müavinləri: Giorgi Kakauridze, Mirza Qelaçvili və Ekaterine Quntsadze iştirak edirdilər”, – məlumatda deyilir.