Laşa Xutsişvili Asiya İnkişaf Bankının yeni regional direktoru ilə görüşüb
Maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının Gürcüstanda yeni regional direktoru Lesli Lam ilə görüşüb.
Görüşdə maliyyə nazirinin müavinləri Qiorqi Kakauridze və Mirza Qelaşvili iştirak ediblər.
Nazir AİB-in regional direktorunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və bankla əməkdaşlığın fəal şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər ikitərəfli münasibətlərə dair məsələləri və bankın dəstəklədiyi cari layihələri müzakirə ediblər.
Asiya İnkişaf Bankının illik görüşünün 2024-cü ilin mayında Gürcüstanda keçirilməsinin vacibliyi vurğulanıb.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.