Laşa Xutsişvili - Amerika tərəfi və Aİ nümayəndəliyi ilə sanksiyaların yerinə yetirilməsi hissəsində aktiv əməkdaşlıq edirik, əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı razılığa gəldik
Laşa Xutsişvili - Amerika tərəfi və Aİ nümayəndəliyi ilə sanksiyaların yerinə yetirilməsi hissəsində aktiv əməkdaşlıq edirik, əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı razılığa gəldik

 
Amerika tərəfi, eləcə də Aİ nümayəndəliyi ilə sanksiyaların yerinə yetirilməsi hissəsində aktiv əməkdaşlıq edirik, sözügedən əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı razılığa gəldik – deyə maliyyə naziri Laşa Xutsişvili Aİ-nin Sanksiyalar Məsələləri üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan və ABŞ Dövlət Departamentinin Sanksiyaların Koordinasiya Ofisinin rəhbəri Ceyms O’Brayenlə görüşdən sonra açıqlayıb.

Onun qeyd etdiyi kimi, Maliyyə Nazirliyində keçirilən görüşdə Maliyyə Nazirliyi, xüsusilə də Gəlirlər Xidməti tərəfindən sanksiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub və yüksək qiymətləndirilib.

“Qeyd etmək vacibdir ki, Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti vergi və gömrük inzibatçılığı baxımından regionda ən qabaqcıllardan biridir və Gəlirlər Xidməti, Maliyyə Nazirliyi tərəfindən icra hissəsində həyata keçirilən tədbirlər həqiqətən dünyada nümunədir” -deyə Laşa Xutsişvili qeyd edib.

Laşa Xutsişvilinin şərhini Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.