Laşa Xutsişvili - adambaşına düşən ümumi daxili məhsul mövcud proqnozlara görə, 2023-cü il üçün 7900 dolları keçəcək
Laşa Xutsişvili - adambaşına düşən ümumi daxili məhsul mövcud proqnozlara görə, 2023-cü il üçün 7900 dolları keçəcək

 

Gürcüstan parlamentində 2023-cü ilin büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Laşa Xutişvili gələn ilin makroiqtisadi parametrləri barədə danışıb.

O bildirib ki, 2023-cü il üçün iqtisadi artım və ÜDM-in deflyator göstəricilərinin proqnozları dəyişməyib və onların hər biri 5%, nominal ümumi daxili məhsul isə 79,7 milyard lari təşkil edir.

“Növbəti illərdə iqtisadi artım tempi orta hesabla 5 faiz səviyyəsində saxlanılır, ÜDM deflyatoru proqnozu isə 3 faizdir. Müvafiq olaraq, ümumi daxili məhsulun nominal göstəricisi 2023-cü ildə proqnozlaşdırılan 79,7 milyard laridən 2026-cı il üçün 101,2 milyard lariyə yüksələcək. Adambaşına düşən ümumi daxili məhsula gəlincə, mövcud proqnoza görə, 2023-cü il üçün onun göstəricisi 7900 dolları, 2026-cı il üçün isə 10 min dolları keçəcək” – deyə maliyyə naziri Laşa Xutsişvili açıqlayıb.

Onun da qeyd etdiyi kimi, bu il inflyasiya bütün dünyada olduğu kimi, Gürcüstanda da əsas çağırışlardan biridir.

“2023-cü ildə baza effektinin tükənməsi ilə inflyasiyanın sürətinin əhəmiyyətli dərəcədə azalması gözlənilir və onun orta göstəricisi 5,3 faiz səviyyəsində proqnozlaşdırılır, ancaq ilin sonu üçün 4 faiz səviyyəsindən aşağı düşəcək” – deyə maliyyə naziri Laşa Xutsişvili açıqlayıb.

Məlumatı Maliyyə Nazirliyi yayır.