Laşa Xutsişvili - ABŞ Gürcüstanın strateji tərəfdaşıdır, malik olduğumuz əməkdaşlığın keyfiyyəti, eləcə də onun gələcək inkişafı bizim üçün çox vacibdir
Amerika Birləşmiş Ştatları Gürcüstanın strateji tərəfdaşıdır. Malik olduğumuz əməkdaşlığın keyfiyyəti, eləcə də onun gələcək inkişafı bizim üçün çox vacibdir -bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili açıqlama verib.
Xutsişvili ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın dediyi bəyanatı dəyərləndirib: “Hökumətin bəzi hərəkətləri ilə bağlı narahatlığımızı ifadə etdik, Gürcüstanı irəliləmək üçün zəruri olan islahatları həyata keçirməklə Aİ-yə inteqrasiyaya sadiqliyini göstərməyə çağırırıq”.
12 bəndlik plana gəlincə, Laşa Xutsişvilinin qeyd etdiyi üzrə, müvafiq işçi qrupu yaradılıb və konkret bəndlərin yerinə yetirilməsi üçün lazım olan templə tövsiyələr icra olunur.
Bundan əlavə, Laşa Xutsişvili qütbləşmənin azaldılması üçün təkcə hakimiyyətin səylərinin deyil, həm də müxalifətin iştirakının vacib olduğunu bildirib.
“Bununla bağlı hamımız yaxşı bilirik ki, müvafiq işçi qrupu var və müddətlər müəyyən edilib. Qeyd olunan bəndlərin icrası konkret bəndlərin icrası üçün zəruri olan templə həyata keçirilir. Qütbləşmənin dərəcəsinə gəlincə, qütbləşmənin azalması üçün təkcə hakimiyyətin, hökumətin səyləri deyil, müxalifətin də bu prosesdə iştirakı vacibdir. Bütün müddəalar vaxtında yerinə yetiriləcək” – deyə Xutsişvili bildirib.