Laşa Xutsişvili 2022-ci ilin iqtisadi artımı haqqında - gözləntilər 6%-lik iqtisadi artımdan xeyli yüksəkdir
İqtisadiyyatın bərpası təxmin edildiyindən daha sürətlə gedir, -deyə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, gözləntilər 6%-lik iqtisadi artımdan xeyli yüksəkdir.
“May ayında 11,6%-lik iqtisadi artım qeydə alınıb, beş aylıq iqtisadi artım isə 11,2% təşkil edib ki, bu da elan etdiyimiz müsbət gözləntilərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bildiyiniz kimi bu il 6%-lik iqtisadi artım proqnozlaşdırırıq. Bu regionumuzda, konkret olaraq desək Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi nəticəsində bu cür geosiyasi vəziyyət yaranmamışdan əvvəl belə idi. Təbii ki, bu, bizim planlarımızı dəyişdi, lakin ilk beş ayın göstəriciləri ilə, iqtisadiyyatın bərpa tempi ötən ilin sonunda, bu ilin əvvəlində proqnozlaşdırdığımızdan daha sürətlə gedir. Bu istiqamətdə, daha sonra cari ilin büdcəsində dəyişiklik layihəsi olarkən proqnozlarımıza yenidən baxa bilərik. Bu, yəqin ki, sentyabr ayı olacaq. O vaxta qədər biz iqtisadiyyatın inkişaf tempini sektorlar üzrə izləyirik. 6%-lik iqtisadi artımla müqayisədə gözləntilərin kifayət qədər yüksək olduğunu nəzərə alarsaq, avqustun sonunda cari il üçün müvafiq proqnozlarımız olacaq” – deyə maliyyə naziri Laşa Xutsişvili bildirib.