Laşa Xutsişvili - 2022-ci ildə təhsil və elmin maliyyələşdirilməsinə 2 milyard 91 milyon lari ayrılıb
Laşa Xutsişvili - 2022-ci ildə təhsil və elmin maliyyələşdirilməsinə 2 milyard 91 milyon lari ayrılıb

2022-ci ildə təhsil və elmin maliyyələşdirilməsinə 2 milyard 91 milyon lari ayrılıb”, – deyə maliyyə naziri Laşa Xutişvili gələn ilin büdcə layihəsinin yenidən işlənmiş variantını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, bələdiyyələrin maliyyəsi ilə məktəbəqədər təhsilə 380 milyon laridən çox vəsait xərclənəcək və bu vəsait çərçivəsində bağça işçilərinin maaşları 100 lari artırılacaq.

“Ümumi təhsilin maliyyələşdirilməsi 360 milyard lari təşkil edir. Ayrılan məbləğə aşağıdakılar daxildir: dövlət ümumtəhsil müəssisələrində statusu olan müəllimlərə əlavələrin 100 lari, dövlət məktəblərinin inzibati işçilərinin maaşlarının 10 faiz artırılması, məktəblərin resurs işçilərinin maaşlarının 100 lari artırılması, məktəblərin tikintisi-bərpa və avadanlıqla təchiz edilməsi. – 160,8 milyon lari, peşə təhsilinin maliyyələşdirilməsinə 11 milyon lari, o cümlədən peşə kolleclərinin tikintisi və bərpası üçün 46 milyon laridən çoxu, ali təhsil və elmə ayrılan vəsait isə 232 milyon laridir”, – deyə maliyyə naziri Laşa Xutsişvili bildirib. .