Laşa Xutsişvili - 2022-ci il büdcəsinin yenidən işlənmiş variantında səhiyyə sahəsində bir neçə yeni proqrama əlavə vəsait ayrılıb
Laşa Xutsişvili - 2022-ci il büdcəsinin yenidən işlənmiş variantında səhiyyə sahəsində bir neçə yeni proqrama əlavə vəsait ayrılıb

2022-ci il büdcəsinin yenidən işlənmiş variantında İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyinin asiqnasiyaları 75,4 milyon lari artırılıb”, – deyə maliyyə naziri Laşa Xutişvili bildirib.

O bildirib ki, bir neçə yeni səhiyyə proqramı üçün əlavə vəsait ayrılıb.

“Ağır fiziki məhdudiyyəti olan şəxslərə və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara verilən aylıq sosial müavinət 25 lari, müharibə veteranlarının monetizasiyası üçün aylıq sosial müavinət 22 laridən 100 lariyə yüksələcək. Maaşların mərhələli şəkildə bərabərləşdirilməsi üçün vəsait nəzərdə tutulub. Gələn ilin büdcəsində yeni səhiyyə proqramlarının maliyyələşdirilməsi, o cümlədən onurğa sütununun atrofiyası olan uşaqlar üçün ən müasir uşaq baxımı avadanlıqlarının alınması, həmçinin qaraciyər və sümük iliyi transplantasiyası əməliyyatlarının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Yönləndirmə xidmətləri və uşaq baxımı proqramlarının maliyyələşdirilməsi, həmçinin sosial işçi və psixoloqların əmək haqqı artırılıb”, – deyə maliyyə naziri bildirib.