Laşa Xutsişvili - 11 aylıq iqtisadi artım 10,7% təşkil edib, bütün istiqamətlərdə əsaslı yaxşılaşmanın müşahidə olunması mühümdür
11 aylıq iqtisadi artım 10,7% təşkil edib, bütün istiqamətlərdə əsaslı yaxşılaşmanın müşahidə olunması mühümdür – deyə maliyyə naziri Laşa Xutişvili Milli Statistika Xidmətinin dərc etdiyi 2021-ci ilin noyabr ayı və 11 ayın iqtisadi artımının ilkin göstəricilərini qiymətləndirərkən bildirib.
” Cari ilin noyabrında Gürcüstan iqtisadiyyatı 12% artıb, 11 ayın iqtisadi artımı isə 10,7% təşkil edib. Noyabrda ixrac artımı 40%-i ötüb. Ümumiyyətlə, xarici ticarətdə ciddi artım var. Bundan əlavə, turizm sektoru, həmçinin pul köçürmələri və vergi gəlirləri xeyli artıb. Biz görürük ki, mövcud pandemiya çağırışına baxmayaraq, iqtisadiyyatın bərpası baxımından həqiqətən effektiv nəticələr əldə etmişik. Bu il nəinki ötən ilin iqtisadi tənəzzülü tam kompensasiya edilib, 2021-ci ildə 2019-cu illə müqayisədə Gürcüstan iqtisadiyyatı 3,2 faiz artıb. Bu, cari hesab kəsirini, büdcə kəsirini və iqtisadiyyata yönəlik xarici borcun həcmini əsaslı şəkildə azaltmağımız fonunda baş verir ” – deyə maliyyə naziri bildirib.