Laşa Xutişvili Hollandiyanın Maliyyə naziri, Siqrid Kaaq ilə onlayn formatda görüşdü
Gürcüstan Maliyyə naziri, Laşa Xutişvili Hollandiyanın baş nazirinin birinci müavini, Maliyyə naziri, Siqrid Kaaq ilə onlayn formatda görüşdü. Görüşdə Maliyyə nazirinin müavini, Ekaterine Quntsadze də iştirak edirdi.
Söhbət Rusiyanın təcavüzü nəticəsində Ukraynada davam edən hərbi əməliyyatların əsasən ticarət-iqtisadi istiqamətdə dünyaya və bölgəyə təsirə aid oldu. Bundan əlavə, tərəflər iqtisadi inkişafın mümkün tendensiyalarını və gələcək əməkdaşlıq yollarını müzakirə etdilər.
Maliyyə naziri həmkarı ilə, Gürcüstanın Avropa İttifaqına üzvlük üçün müraciətinin əhəmiyyətini və bu istiqamətdə həyata keçiriləcək islahatlar və gələcək addımları da müzakirə etdi.
Laşa Xutsişvili Niderland Krallığının ənənəvi olaraq Gürcüstana, xüsusilə də Gürcüstanın Hollandiyanın baş direktorlarının təmsil olunduğu Beynəlxalq Valyuta Fondu və Dünya Bankına göstərdiyi fəal dəstəyə görə, Siqrid Kaaqa təşəkkürünü bildirdi.
Sonda nazirlər dəstək üçün əlavə ehtiyacları müəyyən etmək üçün fəal əməkdaşlıq, o cümlədən bölgədə baş verən hadisələrlə bağlı razılığa gəldilər.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.