Laşa Xutişvili Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə onlayn görüş keçirdi
Laşa Xutişvili Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə onlayn görüş keçirdi

Gürcüstanın Maliyyə naziri, Laşa Xutişvili Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, Odil Baso ilə onlayn görüş keçirdi

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Rusiyanın Ukraynaya təcavüzü fonunda inkişaf edən hadisələri, mümkün iqtisadi inkişaf tendensiyaları və gələcək əməkdaşlıq yolları barədə müzakirə apardılar.

Görüşdə həmçinin, bank tərəfdən Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone, AYİB-in direktoru Klara Kroll və Bankın Qafqaz üzrə bölgə direktoru Katarina Byorlin Hansen iştirak edirdilər.

“Qeyd olunasıdır ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda ölkənin müxtəlif prioritet sektorlarında, istər dövlət, istərsə də özəl sektorlarda strateji əhəmiyyətli layihələri maliyyələşdirir. Bankın dəstəyi ilə Gürcüstan üçün müxtəlif mühüm islahatlar həyata keçirilir”, – Maliyyə Nazirliyində bəyan edirlər.