Laşa Xutsişvili və Asiya İnkişaf Bankının nümayəndələri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
Laşa Xutsişvili və Asiya İnkişaf Bankının nümayəndələri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

 

Maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (AİB) Gürcüstan üzrə regional direktoru Şeyn Rozental, AİB-in Dayanıqlı İnkişaf və İqlim Dəyişikliyi Departamentinin direktoru Brüs Dann və bank nümayəndələri ilə görüşüb.

Görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze iştirak edib.

Tərəflər Gürcüstan və Asiya İnkişaf Bankı arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

AİB 2009-cu ilin Təhlükəsizlik Siyasəti Müddəasını AİB-in 2030 Strategiyasına və onun əməliyyat prioritetləri ilə bağlı planlarına uyğunlaşdırmaq üçün yeniləməyi planlaşdırır.

Görüşün məqsədi banka üzv bütün ölkələrin müzakirə prosesində daha effektiv iştirak edə bilməsi üçün maraqlı tərəfləri yenilənmiş siyasət yanaşmaları və istiqamətləri ilə tanış etməkdir.

Təhlükəsizlik Siyasəti Müddəası ekoloji və sosial risklərin və təsirlərin qiymətləndirilməsi və idarə olunması, əmək və iş şəraiti, çirklənmənin qarşısının alınması və resursların səmərəliliyi, sağlamlıq və təhlükəsizlik, biomüxtəliflik və təbii ehtiyatların davamlı idarə olunması, mədəni irs və s. kimi mövzuları əhatə edir.

Görüşdə qeyd edildiyi kimi, Gürcüstan bütün bu istiqamətlərdə aktiv əməkdaşlığa və mövqelərin uzlaşdırılmasına hazırdır.

Bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.