Laşa Xutsişvili - sərhədin keçilməsi ilə bağlı heç bir dramatik vəziyyət yoxdur, həm ölkəyə daxil olan, həm də çıxanların sayı artıb
Laşa Xutsişvili - sərhədin keçilməsi ilə bağlı heç bir dramatik vəziyyət yoxdur, həm ölkəyə daxil olan, həm də çıxanların sayı artıb

 

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili gömrük-keçid məntəqələrində vətəndaş axınının artdığını açıqlayır. O, bu istiqamətdə vəziyyətin nəzarət altında olduğunu və dramatik vəziyyətin olmadığını bildirir.

Bununla yanaşı, Laşa Xutsişvilinin hökumət administrasiyasında keçirilən brifinqdə dediyi kimi, həm ölkəyə daxil olanların, həm də ölkədən çıxanların sayı artıb.

“Gəlirlər Xidməti, Gömrük İdarəsi həddən artıq yüklənmə şəraitində işləyir. Təbii ki, hamımız görürük ki, istər yüklər istiqamətində, istərsə də Gürcüstan sərhədini keçən ayrı-ayrı fiziki şəxslərin axını artıb. Bu istiqamətdə vəziyyət nəzarət altındadır. Sərhədin keçilməsində heç bir dramatik vəziyyət yoxdur. Həm ölkəyə daxil olanların, həm də ölkədən çıxanların sayı artıb. Müvafiq olaraq qeyd olunan məsələlərə ciddi nəzarət olunur”- deyə Laşa Xutsişvili bildirib.

O, gömrük və sərhəd nəzarətinin qaydalara uyğun həyata keçirildiyini bildirir.

“Təbii ki, gömrük nəzarəti və sərhəd nəzarəti müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Bu o deməkdir ki, keçid məntəqələrində müvafiq məlumatlar verilir. Müvafiq təhlil aparılır və yalnız bundan sonra bu və ya digər şəxslə bağlı qərar qəbul edilir. Bu istiqamətdə sərhədin keçilməsinə cavabdeh olan hər bir qurum çox fəal işləyir. Təbii ki, axınların artması səbəbindən əvvəlkindən daha çox yüklənmiş vəziyyətdə işləyirlər. Ölkəyə nəinki daxilolma artıb, hətta ölkədən xaricə çıxma tempi də artıb. Müvafiq olaraq, sərhədi keçmə göstəricisinə fəal nəzarət edən və həm təhlükəsizlik, həm də fiskal qaydaya, ölkənin fiskal təhlükəsizliyinə cavabdeh olan bütün qurumların iş yükünün artması əsas dəyişiklikdir” -deyə Xutsişvili bildirib.