Laşa Xutsişvili - Beynəlxalq Valyuta Fondunun missiyası ilə bərpa olunan enerjiyə dəstək sxeminə dair razılıq əldə olunub
Laşa Xutsişvili - Beynəlxalq Valyuta Fondunun missiyası ilə bərpa olunan enerjiyə dəstək sxeminə dair razılıq əldə olunub

 

Maliyyə naziri Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun missiyası ilə bərpa olunan enerjinin dəstəklənməsi sxeminə dair razılıq əldə olunduğunu və dövlət müəssisələrinin islahatları ilə bağlı baxışların uzlaşdırıldığını bildirib.

“Proqram çərçivəsində biz struktur islahatları üzərində işi davam etdirəcəyik, bununla da qlobal çağırışlara yönəlik daha böyük iqtisadi dayanıqlılığı təmin edəcəyik. Ortamüddətli perspektivdə fiskal sabitliyin qorunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu baxımdan, fondla mövcud proqram enerji təhlükəsizliyi və enerji müstəqilliyi, eləcə də tranzit və logistika infrastrukturu da daxil olmaqla strateji məqsədlərimizə nail olmaq yolunda əlavə təminatdır. Biz BVF-nin Gürcüstanda davam edən islahatların və iqtisadi dayanıqlığın həyata keçirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Bizim Fondla həqiqətən yaxşı əməkdaşlıq təcrübəmiz var və hazırkı proqramdan da eyni gözləntilərimiz var” – deyə maliyyə naziri Laşa Xutsişvili bildirib.

Nazir BVF missiyasının rəhbərinə və missiya üzvlərinə səmərəli fəaliyyətə və missiya səviyyəsində Gürcüstanın dəstək proqramının (Stand-By Arrangement) birinci icmalının başa çatdırılması ilə bağlı əldə olunmuş razılığa görə təşəkkür edib.