Laşa Xutsişvili Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşüb
Asiya İnkişaf Bankının 57-ci illik görüşü çərçivəsində Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bankın icraçı direktoru Reiçel Tompson və alternativ icraçı direktor Liza Rayt ilə görüşüb.
Maliyyə nazirinin müavini Ekaterine Quntsadze görüşdə iştirak edib.
Tərəflər Gürcüstan və Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq və gələcək tərəfdaşlıq məsələləri haqqında danışıblar.
Bankın icraçı direktoru illik görüşün yüksək səviyyədə təşkilinə görə Gürcüstanın maliyyə nazirinə təşəkkürünü bildirib.
Görüşdə maliyyə naziri AİB-in icraçı direktorlarına ölkədə mövcud iqtisadi vəziyyət və bank tərəfindən dəstəklənən layihələrin gedişatı haqda məlumat verib.
Görüşlərdə Gürcüstanın struktur, eləcə də iqtisadi islahatlar istiqamətində əldə etdiyi irəliləyişlər və Asiya İnkişaf Bankının ölkəyə dəstəyini yenə də davam etdirdiyi vurğulanıb.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.