Laşa Xutsişvili ABŞ Dövlət Departamentində Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri ilə görüşüb
Laşa Xutsişvili ABŞ Dövlət Departamentində Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri ilə görüşüb

 

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində maliyyə naziri Laşa Xutsişvili ABŞ Dövlət Departamentində Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri, səfir Cim Obrayen ilə görüşüb.

Tərəflər beynəlxalq sanksiyaların icrası prosesində Gürcüstanın atdığı addımları və bu istiqamətdə tərəfdaşlarla əlaqələndirmə məsələlərini müzakirə ediblər.

Maliyyə naziri sanksiyaların həyata keçirilməsi prosesində beynəlxalq təcrübənin bölüşdürülməsi istiqamətində Gürcüstanın aldığı dəstəyə görə Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbərinə təşəkkür edib və ümid edib ki, bu istiqamətdə gələcək aktivliklər ölkənin beynəlxalq tənzimləmələrin yerinə yetirilməsi istiqamətində imkanlarını daha da gücləndirəcək.

Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin tövsiyəsi ilə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə DOLFIN beynəlxalq sanksiyalar təlim platformasına giriş imkanı verilib və hazırda Gömrük İdarəsinin iki əməkdaşı sanksiyaların yerinə yetirilməsi üzrə ekspert sertifikatı alıb.

Görüşdə bir daha müttəfiqlər və tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb və beynəlxalq sanksiyaların yerinə yetirilməsi hissəsində Gürcüstanın gördüyü işlərə müsbət qiymət verilib.

Tərəflər vergi, eləcə də gömrük və audit sahələrini əhatə edən ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım İdarəsi (OTA) ilə tərəfdaşlıq məsələlərini də müzakirə ediblər.

Görüşdə Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Davit Zalkaliani və nazir müavinləri Qiorqi Kakauridze, Ekaterine Quntsadze və Mirza Qelaşvili, Milli Bankın prezidenti vəzifəsini icra edən Arçil Mestvirişvili iştirak ediblər.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.