Laşa Xutsişvili - Turizmin bərpası həm iqtisadi, həm də cari hesabın bərpasına çox mühüm töhfə verib
Turizmin bərpası həm iqtisadi, həm də cari hesabın bərpasına çox mühüm töhfə verdi, – Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili parlamentdə çıxışı zamanı deyib.
Onun qeyd etdiyi kimi, 2022-ci ildə turizmdən əldə edilən gəlir rekord 3,5 milyard dollar təşkil edib.
“Qeyd edək ki, turizm gəlirləri artmaqda davam edir və təkcə 2023-cü ilin ilk doqquz ayı üzrə biz bütövlükdə 2019-cu ildə əldə etdiyimiz qədər və 2019-cu ilin ilk doqquz ayı ilə müqayisədə 28 faiz çox turizm gəlirləri əldə etmişik. Bizim qiymətləndirməmizə görə, turizm gələcək illərdə də iqtisadi artıma və xarici balansın yaxşılaşmasına müsbət töhfə verməkdə davam edəcək”, – deyə maliyyə naziri bildirib.