Laşa Xutsişvili - təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm, bu, bizim hamımız üçün ən ağır anlardır
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.
“Racada baş verən böyük faciə məni çox kədərləndirdi. Bu dəhşətli fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. İtkin düşənləri xilas etmək üçün hər şey edilir. Bu, bizim hamımız üçün ən çətin anlardır”, – deyə maliyyə naziri bildirib.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.