Laşa Xutsişvili - AİB-in illik toplantısının Tbilisidə keçirilməsi ölkənin AİB ilə birgə həyata keçirdiyi layihələrin və islahatların mühüm etirafıdır
2024-cü ilin mayında Tbilisidə AİB-in illik toplantısının keçirilməsi ölkənin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi layihələrin və islahatların mühüm etirafıdır, – Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili qeyd edib.
Onun sözlərinə görə, bank Gürcüstana 4,5 milyard dollar sərmayə qoyub. Cari layihələrin ümumilikdə iki milyard dollara çatması da vacibdir.
“Asiya İnkişaf Bankının illik iclası çərçivəsində Koreya Respublikasının Baş nazirinin müavini, maliyyə və iqtisadiyyat naziri ilə görüş keçirilib, biz ölkələr arasında mövcud iqtisadi əlaqələri nəzərdən keçirdik. Həmçinin, azad ticarət sazişi ilə bağlı razılıq əldə olunub, tərəflər mövqeləri və prosesləri mümkün qədər sürətləndirəcəklər ki, sözügedən sazişin imzalanması vaxtında başa çatdırılsın”- maliyyə naziri Laşa Xutsişvili bildirib.