Laşa Jvaniya prezident administrasiyasının rəhbəri, Dimitri Qabuniya isə, prezidentin parlament katibi vəzifəsinə təyin edildi
Laşa Jvaniya prezident administrasiyasının rəhbəri, Dimitri Qabuniya isə, prezidentin parlament katibi vəzifəsinə təyin edildi, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Atoneli küçəsində yerləşən Prezident Sarayında bəyan etdi.
“Dünən Laşa Jvaniyanı rəsmi olaraq administrasiya rəhbri vəzifəsinə təyin etdim. Dimitri Qabuniyanı isə, parlament katibi vəzifəsinə, çünki parlament ilə artıq çox iş var. Natiya Pavliaşvili mətbuat ilə işini davam etdirir. Lakin piyar qrupu daha da gücləndiriləcək”, – Atoneli küçəsində yerləşən Prezident Sarayında jurnalistlər ilə birlikdə olan Gürcüstan prezidenti Salome Zurabişvili bəyan etdi.