Laşa Jvania - İsraildə olan Gürcüstan vətəndaşları ilə daim əlaqədəyik, dünən Təl-Əvivdən Tbilisiyə beş reys həyata keçirilib, praktiki olaraq hamını göndərə bildik
Laşa Jvania - İsraildə olan Gürcüstan vətəndaşları ilə daim əlaqədəyik, dünən Təl-Əvivdən Tbilisiyə beş reys həyata keçirilib, praktiki olaraq hamını göndərə bildik

 
İsraildə olan Gürcüstan vətəndaşları ilə daim əlaqədəyik. Səfirlikdə 24 saat boyunca üç qaynar xətt fəaliyyət göstərir- bu barədə Gürcüstanın İsraildəki səfiri Laşa Jvania açıqlayıb.

O, sığınacaq və ya aviareyslə bağlı köməyə ehtiyacı olanlara, effektiv kömək göstərməyə çalışdıqlarını bildirib.

“Dünən Təl-Əvivdən Tbilisiyə beş reys həyata keçirilib. Bu reyslərlə, əsasən, oktyabrın 7-də səyahət edə bilməyən Gürcüstan vətəndaşları səyahət etdilər. Planlaşdırılmış reyslərdən yalnız biri olan “Israir” reysi ləğv edilib. O cümlədən sığınacaq, gecələməyə yeri olmayan Gürcüstan vətəndaşları olmayıb. Praktiki olaraq hamını göndərə bildik. Uçuşlara adi qaydada tələbat var. Bir qayda olaraq, azyaşlı uşaqların valideynləri uşaqları bu vəziyyətdən qaçırmağa çalışırlar.

Ümumiyyətlə, İsraildə vəziyyət sakitdir, mən İsrailin mərkəzini nəzərdə tuturam. Bu gün Tbilisi istiqamətində dörd reys var, bu gün səhər tezdən bir reys tamamlandı, “Elali” reysi saat beşdə vaxtını tamamlayır– bir neçə saatlığına təxirə salınıb, ləğv olunmayıb. Həmçinin axşam, eləcə də sabah və o biri gün “Airzena”nın reysi olacaq. Maraq çoxdur, maksimum məlumat almağa çalışırıq.

Biletlər müxtəlif aviaşirkətlərindir, nümunə olaraq, 12 və 14 oktyabr tarixli biletlər hələ də satılmayıb. Həmçinin, bir qayda olaraq, bileti olan və səyahət etməyi planlaşdıran israillilər ailə üzvlərindən biri döyüş əməliyyatlarında iştirak etmək üçün çağırılıbsa, müxtəlif ölkələrə səfərlərini ləğv edirlər. Bundan irəli gələrək, son anda müxtəlif aviareyslər üzrə yerlər ola bilər.

İsraildəki Gürcüstan vətəndaşları ilə daim əlaqədəyik. Səfirlikdə 24 saat boyunca üç qaynar xətt fəaliyyət göstərir. Səfirlik və konsulluğun yalnız saat 13:00-a qədər işləməsi ilə bağlı məlumat yayılır, bu da düzgün deyil. Kiminsə köməyə ehtiyacı varsa, gecələmək üçün yeri yoxdursa və ya aviareyslərlə əlaqədar olaraq, biz mümkün qədər konsultasiya aparırıq və effektiv şəkildə kömək etməyə çalışırıq”- deyə Laşa Jvania bildirib.