Laşa Darsalia - Rusiya və onun işğalçı rejimləri Gürcüstan iqtidarına təzyiq etmək üçün müxtəlif proseslərdən istifadə edirlər
Rusiya və onun işğalçı rejimləri Gürcüstan iqtidarına təzyiq etmək üçün müxtəlif proseslərdən və onların arasında, qanunsuz borderizasiyadan istifadə edirlər, – bu barədə Xarici İşlər Nazirinin müavini Laşa Darsalia Sxinvalinin de-fakto rejiminin Rusiya parlamentinə müraciəti ilə bağlı verdi.
Onun dediyinə görə, qeyd olunan proses bir mənalı olaraq, vəziyyətin gərginləşməsinə yönləndirilib.
“Xüsusi ilə vurğulamalıyıq ki, bütün baş verənlərin səbəbi və idarə edəni Rusiyadır. Dünən Erqnetidə nəticəsiz başa çatan növbəti texniki görüş keçirildi. Gələn həftə yeni bir görüş keçiriləcək.
Yenə bir dəfə demək istəyirəm ki, bütün bu proseslər sadəcə Gürcüstan iqtidarna təzyiq üçündür” – dedi Darsalia.
Xatırladaq ki, işğal xətti ətrafında yaranan vəziyyətlə bağlı qondarma Cənubi Osetiya iqtidarı Rusiya parlamentinə yardım xahişi ilə müraciət edib.