Laşa Abaşidze – Dəmir yolunun teplovoz parkına on yeni manevr teplovozu əlavə olunacaq
Teplovoz parkının yenilənməsi prosesinə başlanılıb. Yeni teplovozların alınması ilə şirkət əməliyyat imkanlarını artıracaq, eləcə də yükdaşımaların səmərəliliyini və etibarlılığını yüksəldəcək, – bu barədə “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze bildirib.
Onun sözlərinə görə, müasir rəqəmsal sistemlərlə təchiz olunacaq yeni teplovozlar enerji səmərəlidir və ekoloji standartlara tam cavab verir.
“Yeni manevr teplovozları vasitəsilə yüklərə daha yaxşı xidmət göstərə biləcəyik, eləcə də stansiyalarda aparılan əməliyyatları təkmilləşdirəcəyik. Məqsədimiz Gürcüstan Dəmir Yollarının teplovoz parkını mərhələli şəkildə tam yeniləməkdir”, – Abaşidze qeyd edib.