Larsi keçid məntəqəsində yenə də Rusiya vətəndaşlarının uzun növbəsi var. Rusiya prezidentinin qismən səfərbərlik əmri verməsindən sonra, Rusiyadan qonşu ölkələrə köçmək istəyənlərin sayı artdı. Müvafiq olaraq, artıq üç gündür ki, Larsidə də növbələrin arası dayanmır. Sərhədi keçmək istəyənlərin sayına görə onlar saatlarla növbəyə durmalı olurlar. Ölkəyə daxil olanların əksəriyyəti kişilərdir. Bəziləri qonşu ölkədə müharibəyə çağırılma təhlükəsindən xilas olduqlarını gizlətmir, bəziləri isə, gəlişinin səbəblərindən danışmır.