Lars Loke Rasmussen - Danimarka Gürcüstanın Avropa istəklərini dəstəkləyir, mənim ölkəmin namizəd statusu ilə bağlı cavabı belə olacaq - bəli
Lars Loke Rasmussen - Danimarka Gürcüstanın Avropa istəklərini dəstəkləyir, mənim ölkəmin namizəd statusu ilə bağlı cavabı belə olacaq - bəli

 

Gürcüstan üçün mühüm zamandır. Danimarka Gürcüstanın insan haqları, qanunun aliliyi və müstəqil demokratik təsisatlara əsaslanan Avropa istəklərini dəstəkləyir-bu barədə Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə keçirilən birgə brifinqdə açıqlayıb.

O, Danimarkanın bu yolda Gürcüstanı dəstəkləyəcəyini qeyd edib.

“Səfərimin üç məqsədi var: birincisi, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimi ifadə etmək. Dünən Sxinvali bölgəsi ilə inzibati bölgü xəttini və ailələri ayıran Rusiyanın borderizasiya prosesinə baxış keçirdim. Düşünə bilərsiniz ki, Gürcüstan kimi Danimarka da kiçik ölkədir və bizim kimi ölkələrin güclü, etibarlı ittifaqlara, tərəfdaşlıqlara ehtiyacı var. Məhz bu səbəbdən dəstəyimizin hər zamankindən daha vacib olduğu bir vaxtda iştirakımızı gücləndiririk. Məhz bunu nəzərə alaraq, mən bu gün Gürcüstanın azadlıq, demokratiya və Avro-Atlantik inteqrasiyaya can atmasını dəstəkləyəcək Danimarkanın Gürcüstandakı səfirliyini açacağam.

İkincisi, mənim səfərim Danimarka Parlamentində Xarici Əlaqələr Komitəsinin Gürcüstanla tarixən möhkəm ikitərəfli əlaqələrini vurğulayır. Danimarka səfirliyinin açılacağı haqqında məlumat yayıldıqdan sonra mədəni, siyasi və işgüzar əlaqələr tarixi vüsət aldı. Kopenhagenlə Gürcüstan arasında birbaşa uçuşlarımızın olacağı başqa bir siqnaldır.

Gürcüstan üçün mühüm zamandır. Vətəndaşlar Avropa gələcəyini istədiklərini çoxdan aydın şəkildə bildirdilər. Onlar bu məqsədə heç vaxt olmadığı qədər daha yaxındırlar. Danimarka Gürcüstanın insan haqları, qanunun aliliyi və müstəqil demokratik institutlara əsaslanan Avropa istəklərini dəstəkləyir. Beləliklə, indi öz ambisiyalarını və istəklərini reallaşdırmaq Gürcüstanın əlindədir. Sizi əmin etmək istəyirəm ki, Danimarka sizi bu yolda dəstəkləyəcək. Fürsətdən istifadə edərək sizə demək istəyirəm ki, mənim ölkəmin namizəd statusu ilə bağlı cavabı belə olacaq – bəli. Payızda Avropa Komissiyasının tövsiyələrini görəndə siz namizəd statusu alacaqsınız. Bu, Aİ-yi istiqamətində layiqliyə əsaslanan yoldur. Bütün bunlar Kopenhagen meyarları ilə əlaqəlidir. Biz Gürcüstana bu meyarları yerinə yetirməsinə kömək etmək istəyirik. Əgər Gürcüstan tövsiyələr və qərarlara əsaslanan bu meyarları yerinə yetirərsə, Danimarka namizəd statusunun verilməsini dəstəkləyəcək” – deyə Lars Loke Rasmussen açıqlayıb.