Lari ucuzlaşmağa davam edir.
Bunun səbəbi isə, yenə də qonşu dövlətlərdə, xüsusi ilə də Türkiyədə yaranan valyuta krizisidir.
Dolların kursu valyuta mübadiləsi məntəqələrində 2 lari və 60 tetridir.
Komersiyal banklarda isə, dolların qiyməti 2 lari 65 tetridir.
Müxalifət milli valyutanın ucuzlaşmasında iqtidarı günahlandırır.
İqtidar dəstəsində isə, bəyan edirlər ki, larinin stabilləşməsi üçün müvafiq plan hazırlanmaqdadır