"Lanset" klinikasının direktorunun məhkəmə qərarı fevralın 8-də məlum olacaq
Şəhər Məhkəməsində “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi ilə bağlı məhkəmə qərarını hakim fevralın 8-də elan edəcək.
Bugünki prosesdə onun vəkili yekun sözü ilə çıxış etdi.
İstintaqın məlumatına görə, “Lanset” klinikasında qara ciyər transplantasiyası nəticəsində iki insan həyatını itirdi. Həmçinin, istintaq nəticəsində məlum olub ki, əməliyyatları lisenziyası olmayan həkimlər keçirilblər.
Bu faktla bağlı Fərman Ceyranlı 2017-ci ilin mayın 22-də həbs edildi.
Gürcüstan qanunvericiliyi onu dolandırıcılıqla ittiham edir və altıdan doqquz ilə qədər həbs cəzasını nəzərdə tutur.