"Lanset" klinikasının direktoru Fərman Ceyranlıya altı il həbs cəzası verildi
Tbilisi Şəhər Məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlıya altı il həbs cəzası verdi.
Hakim bu qərarı bir neçə dəqiqə bundan öncə verdi.
Fərman Ceyranlı ona qarşı irəli sürülən iki maddədən birinə əsasən, dolandırıcılıq suçu ilə (Gürcüstanın Cinayət Məcəlləsinin 180-ci maddəsi) 6 il həbs cəzası aldı.
Gürcüstanın Cinayət Məcəlləsinin 247-ci maddəsinə gəlincə isə, hansı ki, insan sağlamlığı üçün təhlükə yaratmağı nəzərdə tutur, bu maddə ilə bağlı Fərman Ceyranlıyı məhkəmə suçsuz elan etdi.