Lançxutidə güclü külək nəticəsində ağaclar aşıb, bir neçə kəndə elektrik enerjisi verilmir
Lançxutidə güclü külək nəticəsində ağaclar aşıb, bir neçə kəndə elektrik enerjisi verilmir

Lançxutidə güclü külək nəticəsində ağaclar aşıb, elektrik dirəklərinə ziyan dəyib. Çibati kəndində təbii qaz borusu zədələndi, onunda bərpa işlərinə artıq başlanıb.

Şəhərin mərkəzi skverində Yeni İl işıqlandırmaları zədələnib.

“Ziyanı hesablayacaq xüsusi komissiya yaradılıb. Hazırda elektirk enerjisi Qriqoleti, Niqvziani, Curuğveti, Lesa, Çibati və Aketi kəndlərinə ötürülmür. “Enerqopro Corciya” şirkəti bərpa işlərini dayandırmadan həyata keçirir. Bütün xidmətlər səfərbər olunub. Abadlaşdırma və xidmətlər mərkəzinin əməkdaşları müxtəlif likvidasiya işlərini görürlər”, – Lançxuti Meriyasının mətbuat xidmətində bəyan edirlər.