Lançxuti Bələdiyyəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir
Lançxuti Bələdiyyəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir. Bələdiyyənin meri Aleksandre Sarişvilinin sözlərinə əsasən, lazımi işləri görmək üçün bu gün Batumidən əlavə texnika gəlib.
Onun sözlərinə görə, hazırda təbii fəlakət zonasından ümumilikdə 200 nəfər təxliyə edilib.
“Ehtiyac olan hər bir kəndə texnika səfərbər olunub. Bu gün biz Batumidən əlavə avadanlıq aldıq. Yolları mümkün qədər təmizləmək üçün traktorlar işə salınır. Artıq bələdiyyədən inzibati əraziyə birləşdirən bütün mərkəzi yollar təmizlənib. İndi kənddaxili yollar təmizlənir.
Dünən gün ərzində daha bir neçə vətəndaş təhlükəli zonadan təxliyə edilib. Dünən gecə bir neçə nəfər çıxmaq istəyib, çünki biz bütün günü ətrafda gəzib, sakinlərə çıxmaları barədə xəbərdarlıq edirik. Çoxları dayandı, amma bir gecədə daha 10 nəfəri çıxardıq. İndiki mərhələdə bizim bələdiyyədən 200 nəfər çıxarılıb. Bəzilərini biz təxliyə etdik, bəziləri öz istəyi ilə qohumlarının yanına köçdü. Ən böyük təxliyə Xoreti və Tsaqovni kəndindən həyata keçirilib. 24 saat ərzində vətəndaşlara kömək etmək, onları təhlükəsiz yerə çatdırmaq və sonra bizə lazımi köməklik göstərmək üçün bütün ölkədən bizə xilasetmə xidmətinin briqadaları səfərbər olunub”, – Lançxuti meri bildirib.
Onun sözlərinə görə, təbii fəlakətin vurduğu ziyanın hesablanmasına bütün növ kommunikasiyalar bərpa edildikdən sonra başlanacaq.
“Təbii fəlakətin vurduğu ziyandan danışmaq üçün hələ tezdir. İlk növbədə, biz bütün növ rabitəni bərpa etməyə çalışırıq. Biz mütləq dəymiş ziyanı hesablamağa və bərpa işlərinə sonra başlayacağıq”, – Aleksandr Sarişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev