Lactalis uşaq qidasında salmonella aşkar edildi - Bu məhsul Gürcüstana artıq gətirilməyəcək
Fransa şirkəti Lactalis uşaq qidasının son partiyasını geri aparacaq.
Bunun səbəbi, bir neçə ölkədə həmin qida məhsulunda salmonella bakteriyasının aşkarlanması oldu.
Bu barədə məlumatı CNN və “Amerikanın” səsi yayırlar.
Fransada, uşaqlarda salmonella bakteriyasının yayılmasının 26 halı aşkarlandıqdan sonra, şirkət öz məhsulunu müxtəlif ölkələrdən geri çəkməyə qərar verdi.
Lactalis məhsulu Çinə, Yunanistana, Taivana, Pakistana, İraqa, Marokkoya, Libana, Səudi Ərəbistana, Rumıniyaya, Serbiyaya, Haitiyə, Kolumbiyaya, Peruya və Gürcüstana da daxil olurdu.
Fransa iqtidarı ixracatı qadağan edilən məhsulların siyahısını yaydı. Onların arasında Celia, Milumel və Picot məhsulları da var.
“Frans Pres” agentliyinin məlumatına görə, Lactalis şirkəti, məhsul ilə yaranan problemə görə, ictimaiyyətdən və xəstələnən uşaqların ailələrindən üzr istəyir. Söhbət 7700 ton məhsuldan gedir.