"Lactalis" uşaq qidasında salmonelanın aşkar edilməsinə görə, dünyanın 83 ölkəsindən 12 milyon bankanı çıxaracaq
“Lactalis” fransız şirkəti, uşaq qidasında salmonelanın aşkar edilməsinə görə, dünyanın 83 ölkəsindən 12 milyon bankanı çıxaracaq, – bu barədə şirkətin rəhbəri, Emanuel Benie “Journal du Dimanche” ilə müsahibıəsində bildirdi.
“Ümumilikdə, dünyanın 83 ölkəsindən 12 milyon bankanı çıxaracağıq. Bizim əsas məqsədimizdir ki, bazara sağlam məhsul daxil edək. baş verənlər ilə əlaqədar istintaq aparılır”, – şirkətin rəhbəri bəyan etdi.
Benie qeyd edir ki, gizlədəsi bir şeyi yoxdur və istintaqa bütün lazım olan sənədlər verilibdir.
Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, salmonela ilə çirklənmə üzündən, Fransada 35 zəhərlənmə hadisəsi qeydə alındı.