Lactalis istifadəçilərə müraciət edir ki, Celia, Picot və Milumel məhsullarından istifadə etməsinlər
Lactalis istifadəçilərə müraciət edir ki, Celia, Picot və Milumel məhsullarından istifadə etməsinlər

Uşaq qida məhsullarını istehsal edən Lactalis şirkəti istifadəçilərə müraciət edir ki, Celia, PicotMilumel məhsullarından istifadə etməsinlər, çünki qeyd olunan məhsullarda salmonella bakteriyası aşkarlandı.

Əgər uşaq qidası iki dəqiqə qaynadılmasa, Salmonella bakteriyası uşaqları zəhərləyə bilər və atəşinin yüksəlməsinə səbəb ola bilər.

Şirkətin bəyanatında deyilir ki, məhsulun dezinfeksiya və sanitar prosedurları həyata keçirilir və təhlükənin aradan qaldırıldığından sonra, məhsul yenidən istehsal ediləcək.

Ona qədər isə, şirkət bütün ölkələrdən məhsulun son partiyalarını geri aparır.

Lactalis məhsulu Çinə, Yunanistana, Taivana, Pakistana, İraqa, Marokkoya, Libana, Səudi Ərəbistana, Rumıniyaya, Serbiyaya, Haitiyə, Kolumbiyaya, Peruya və Gürcüstana da daxil olurdu.