“Lactalis” fransız şirkəti istisna etmir ki, 2015-2017-ci illərə qədər buraxılmış məhsullar salmonela ilə çirklənmişdi
“Lactalis” fransız şirkətinin rəhbəri istisna etmir ki, 2015-ci ildən 2017-ci ilə qədər buraxılmış məhsulların salmonela ilə çirklənməsi mümkündür.
“Bu faktı istisna edə bilmərik”, – Emanuel Benie “Echos” nəşri ilə müsahibəsində bildirdi.
Şirkət ətrafında skandal 2017-ci il dekabrında başladı. Məlum oldu ki, uşaq qidasında sağlamlıq üçün təhlükəsli bakteriya, salmonela aşkar edildi.
“Ümumilikdə, dünyanın 83 ölkəsindən 12 milyon bankanı çıxaracağıq. Bizim əsas məqsədimizdir ki, bazara sağlam məhsul daxil edək. baş verənlər ilə əlaqədar istintaq aparılır”, – şirkətin rəhbəri bəyan etdi.
Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, salmonela ilə çirklənmə üzündən, Fransada 35 zəhərlənmə hadisəsi qeydə alındı.