Laima Andrikiene - Ümid edirəm ki, Gürcüstanın, Ukraynanın və Moldovanın Avropaya qoşulmaq həvəsləri Şərq Partnyorluğu sammitinin deklarasiyasında əks olunacaq
“Ümid edirəm ki, Gürcüstanın, Ukraynanın və Moldovanın Avropaya qoşulmaq həvəsləri, investisiya fondunun yaradılması və gələcək perspektivlər üçün konkret addımları, Şərq Partnyorluğu sammitinin deklarasiyasında əks olunacaq” – Bu barədə bəyanatı Birinci kanal ilə söhbət zamanı avroparlamentar Laima Andrikiene, Avroparlamentin, qeyd olunan ölkələri dəstəkləyən rezolyusiya qəbul etməsindən sonra verdi.
“Səs vermə nəticələrindən razıyam, xoşa gəlməyən sürprizlər olmadı. Güclü və stabil partnyorlar Avropanın güclənməsi üçün lazımdır, ona görə də böyük ümidlərim var ki , bu məsələ müsbət həll olunacaq, – dedi Laima Andrikiene.