Laqodexidə kartofla yüklənmiş avtonəqliyyat vasitəsi ixracatçı ölkəyə qaytarılıb
Laqodexidə kartofla yüklənmiş avtonəqliyyat vasitəsi ixracatçı ölkəyə qaytarılıb

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Laqodexi gömrük-keçid məntəqəsində Belarus Respublikasından gələn kartofla yüklənmiş avtonəqliyyat vasitəsi dayandırılıb.

Gəlirlər Xidmətindən verilən məlumata əsasən, sərhəd-karantin nəzarəti prosedurlarının həyata keçirilməsi zamanı nümunələrin laborator təhlili nəticəsində 21,5 ton kartofda karantin tətbiq edilən zərərli orqanizmlərin olması təsdiqlənib.

Gürcüstan hökumətinin 13 aprel 2023-cü il tarixli 153 nömrəli qərarına əsasən, qeyd olunan mallar ixracatçı ölkəyə qaytarılıb.