Laqodexidə Gürcüstanın Dövlət Bayrağı Günü qeyd olunub
Laqodexidə Gürcüstanın Dövlət Bayrağı Günü qeyd olunub

Laqodexidə Gürcüstanın Dövlət Bayrağı Günü qeyd olunub. Dövlət bayraqları şəhərin mərkəzi küçəsində və bələdiyyənin dövlət müəssisələrində nümayiş etdirilib.

Yeni abadlaşdırılan parkdan milli geyimdə olan gənclər və çuxalı geyinmiş insanlar “Mravaljamier”in fonunda Gürcüstan bayrağı ilə yürüş edib, meriyanın qarşısında dövlət bayrağının təntənəli ucaldılma mərasimində iştirak ediblər.

Laqodexi Bələdiyyəsinin meri Jondo Mdivnişvili tədbir iştirakçılarını Dövlət Bayrağı Günü və Gürcüstan Teatrı Günü münasibətilə təbrik etmiş, Laqodexi Dram və Uşaq Teatrının truppasının üzvlərinə təşəkkürnamələr vermişdir.