Laqodexi munisipalitetinin Qabal kəndində etiraz aksiyası keçirilir
Laqodexi munisipalitetinin Qabal kəndində etiraz aksiyası keçirilir

Laqodexi munisipalitetinin Qabal kəndində etiraz aksiyası keçirilir.

Yerli əhali bəyan edir ki, təbii fəlakət kənd təsərrüfatı məhsulunun 100 faizinə zərər verdi və gəlirsiz qaldılar. Aksiya iştirakçıları dövlətdən yardım istəyirlər.

“Kəndimizdə yarıdan çox ailə bankdan kredit götürdük və borcumuzu nəylə ödəyəcəyimizi bilmirik. Məhsulumuzu sığortalaya bilmədik, çünki bizə dedilər ki, mayın 20-dən sonra sığortalanacaq”, – deyir kənd sakinlərindən biri.

Onların məlumatına görə, tələblərinin qəbul edilmədiyi təqdirdə, avtomobil yolunu bağlayacaqlar.

Aksiya yerinə Kaxeti regionunun qubernatoru və Laqodexinin meri getdilər.

Onlar etiraz edənlərə sığorta şərtlərini başa salmağa çalışdılar və bildirdilər ki, bir neçə sığorta şirkəti məhsulun sığortalanması prosesinə mart ayında başladı.

Kaxeti qubernatoru İrakli Şiolaşvilinin dediyinə görə, zərərin miqdarı dəqiqləşdiqdən sonra, banklarla danışıqlar aparılıb, güzəşt məsələləri ilə bağlı müraciət edilə bilər.

Laqodexi meri Condo Mdivnişvili isə, bəyan edir ki, təbii fəlakət nəticəsində evlərinin damları zərər görən ailələrə yerli munisipalitet yardım edəcək.

Hadisə yerində polis səfərbər olunub.