Laqodexi mühafizə olunmuş ərazisində, Koçalo kilsəsində onuncu əsrin gürcü yazısını aşkar etdilər
Gürcüstanın Mədəni İrs Mühafizəsi Milli Agentliyinin məlumatına görə, Laqodexi mühafizə olunmuş ərazisində, Koçalo kilsəsində X əsrin gürcü yazısını aşkar etdilər.
“Yazıda Hereti kralı Adarnase və kraliça Dinaria xatırlanıblar. Nadir tapıntının xüsusi əhəmiyyətini, yazıda bu günə qədər məlum olmayan Gürcüstanın bir neçə hökmdarı və tarixi Heretinin toponimi müəyyənləşdirir”, – agentlikdə bəyan edirlər.
Yeni aşkar edilən tapıntını Gürcüstanın Mədəni İrs Mühafizəsi Milli Agentliyinin Tədqiqat Xidmətinin rəhbəri, Giorgi Qaqoşidze öyrəndi.
Yazının tam paliqrafik öyrənilməsi agentlikdə növbəti həftədə davam etdiriləcək və hesabat şəklində dərc olunacaq.